"Qala Həyat" və "Qala Sığorta" şirkətləri COVİD-19 infeksiyası ilə mübarizədə dövlətin bu istiqamətdə apardığı işlərə öz dəstəyini göstərməkdə davam edir.
FED.az xəbər verir ki, hər iki şirkət koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ehtiyacı olan aztəminatlı ailələrə dəstək olub.
Belə ki, "Qala Həyat" və "Qala Sığorta" şirkətləri tərəfindən yardıma ehtiyacı olan 100 ailəyə əsas ərzaq tələbatlarından ibarət qutular paylanıb.
Bildirilib ki, bu çətin zamanlarda həmrəy olmalı, ehtiyacı olanlara dəstəyimizi əsirgəməməliyik. Çünki biz birlikdə güclüyük!