“Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətləri ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizəyə növbəti dəfə töhfə veriblər.
FED.az xəbər verir ki, korporativ sosial məsuliyyət strategiyaları çərçivəsində “Qala Sığorta” və “Qala Həyat” Sığorta şirkətlərinin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq COVİD-19-la bağlı işarət dilində videoçarx hazırlanıb. Eşitmə və nitq məhdudiyyətli şəxslər üçün hazırlanan videoçarxda peşəkar surdoloq tərəfindən yeni koronavirus infeksiyasından qorunma qaydaları izah olunub.
Videoçarx “Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətlərinin Facebook və Instagram hesablarında paylaşılıb və böyük maraqla qarşılanıb.
Sözügedən videoçarxı aşağıdakı linklərdən izləyə bilərsiniz:
https://www.facebook.com/qalainsurance.az/videos/909227739533462
https://www.facebook.com/QalaHeyat/videos/569350360455174
Qeyd edək ki, bir müddət əvvəl “Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətləri paytaxt sakinlərini koronavirusdan qorunma qaydaları və tibbi spirtlə təmin etmişdi.
Xatırladaq ki, yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə 1 filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.“Qala Həyat" şirkəti isə Azərbaycan sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası siniflərinə aid bütün növ məhsulları təqdim edir.