Azərbaycanın aparıcı sığorta şirkətləri olan “Qala Həyat” və “Qala Sığorta” daha bir sosial layihəyə qatılıb.
FED.az xəbər verir ki, hər iki şirkət Azərbaycanda təbii şokolad istehsalçısı olan “Enjoy Chocolates”ın müştərisi olaraq onların sosial sahibkarlıq layihəsinə dəstək olub.
Eləcə də bax:“Qala Həyat” ölkənin ən populyar sığorta şirkəti oldu - MEDİA HESABAT
Qeyd edək ki, “Enjoy Chocolates” sosial sahibkarlıq layihəsidir və şokoladların satışından əldə olunan bütün gəlirləri United Aid For Azerbaijan (UAFA) təşkilatının xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi sosial xidmətlərə yönləndirilir.