Azərbaycanın aparıcı həyat sığortası şirkəti - "Qala Həyat"ın səhmdarlarının növbəti iclasının tarixi məlum olub.
FED.az xəbər verir ki, “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının qərarına əsasən, cəmiyyətin 2019-cu il üzrə illik ümumi hesabatlarının təsdiqi məqsədilə 19.06.2020 il tarixdə, saat 10.00-da Bakı ş., İzmir küçəsi 5A ünvanında Səhmdarların Ümumi Yığıncağının növbəti iclasının çağrılır.
Səhmdarların Ümumi Yığıncağının növbəti iclasının gündəliyi aşağıdakı kimi müəyyən edilmişdir:
· Cəmiyyətin 2019-cu il üzrə illik ümumi hesabatların təsdiqi.