"Qala Həyat Sığorta" və "Qala Sığorta" şirkətləri mətbuat ilə daha sıx işləməyi nəzərdə tutur.
FED.az xəbər verir ki, media və ictimaiyyələ əlaqələr sahəsinə təcrübəli kadr olan Elnur Hüseyinquliyev "Qala Həyat Sığorta" və "Qala Sığorta" şirkətlərinin İctimaiyyətlə Əlaqələr bölməsinin rəhbəri təyin olunub. Elnur Hüseynquliyev bu məlumatı təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl Elnur Hüseyinquliyev PAŞA Həyat Sığorta Şirkətində İctimaiyyətlə əlaqələr üzrə bölmənin rəhbəri vəzifəsində işləyib.