“Qala Həyat” Sığorta Şirkətinin səhmdarlarının toplantısı keçiriləcək.
FED.az xəbər verir ki, 21.10.2019-cu il tarixdə, saat 10.00-da Bakı ş., İzmir küçəsi 5A ünvanında “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Səhmdarların Ümumi Yığıncağının növbəti iclası çağrılacaq.
Səhmdarların Ümumi Yığıncağının növbəti iclasının gündəliyinə Cəmiyyətin Təftiş Komissiyasının tərkibinin yenidən formalaşdırılması daxildir.