Bu ilin yanvar-iyul aylarında «Qala Həyat Sığorta» ASC-nin sığorta yığımlarının həcmi 15 milyon 710 min manat olub.
Sığorta yığımlarının artıb-azaldığı sığorta sinifləri - RƏQƏMLƏR (YANVAR-İYUL, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 579 min manat və ya 3,6% azalıb.
Xatırladaq ki, ötən ilin yanvar-iyul aylarında şirkət 16 milyon 289 min manat sığorta haqqı toplamışdı.
Hesabat dövründə «Qala Həyat Sığorta» ASC-nin sığorta ödənişlərinin həcmi 3 milyon 152 min manat olmaqla, illik müqayisədə 1 milyon 142 min manat və ya 56,8% artıb.
«Qala Həyat Sığorta» ASC-nin yığımlarının azaldığı halda, ödənişlərinin artması şirkətin daha çox zərərliliklə işləməsinə səbəb olub. Belə ki, ötən ilin yanvar-iyul aylarında şirkətin öəniş yığım nisbəti – zərərlilik göstərici 12,3% idisə, bu ilin eyni dövründə 20,1% olub.
Başqa sözlə, şirkət 2025-ci ilin ilk 7 ayında topladığı hər 100 manat sığorta haqqına görə, cəmi 12,3 manat ödəniş etdiyi halda, bu ilin ilk yeddi ayında hər 100 manat sığorta haqqına görə, 20,1 manat ödəniş edib. Bu, illik müqayisədə zərərliliyin hər 100 manata görə, 7,8 manat və ya 63,4% artması deməkdir.














