Xəbər verildiyi kimi, yanvar-aprel aylarında Azərbaycanın sığorta sektorunda toplanan sığorta haqları 610 milyon manat, sığoota ödənişləri isə 304 milyon manat olub.
FED.az-ın hesbalamalarına görə, bununla da sektor üzrə şərti zərərlilik (ödəniş/yığım nisbəti) təqribən 50% təşkil edib.
Ən yüksək zərərlilik nümayiş etdirən sahələrdən biri avtomobillərin icbari sığotası – avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası - olub.
Belə kİ, 2025-ci ilin yanvar-aprel ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 57 milyon 517 min manat sığorta haqqı toplanıb. Baş vermiş hadisələr üzrə isə 51 milyon 709 min manat ödəniş edilib.
Başqa sözlə, bu sahədə ödəniş/yığım nisbəti 89,9%-ə yüksəlib. Yəni toplanan hər 100 manat qarşılığında, sığorta şirkətləri 90 manat ödəniş ediblər.
Xatırladaq ki, ötən ilin eyni dövrü ilə müqayisədə icbari avtomobil sığortası üzrə 53,7 milyon manat sığorta haqqı toplanıb, 41,6 milyon manat sığorta ödənişi edilib.
Yəni ötən illə müqayisədə sığortpa haqları 3,8 milyon manat (7%), sığorta ödənişləri isə 10 milyon manat və ya 24% artıb. Ötən ilin yanvar-aprel aylarında avtomobil sığortasının zərərlilik göstəricisi cəmi 77% idi, indi isə bu rəqəm 90%-ə yüksəlib.















