Ölkənin ən byöük sığorta şirkəti sayılan “PAŞA Həyat Sığorta” ASC-nin 2018-ci il üzrə hesabatını açıqlayıb. FED.az xəbər verir ki, ötən il şirkətin əksər göstəriciləri artıb, mənfəəti yüksəlib.
Ötən il şirkətin aktivləri 67% artaraq 346,8 milyon manata çatıb. Uzunmüddətli aktivləri 5,8 dəfə artaraq 33,9 milyon manatdan 196,6 milyon manata yüksəlib.
Qısamüddətli aktivləri isə azalaraq 174 milyon manatdan 150,2 milyon manata düşüb.
Ötən il “PAŞA Həyat Sığorta ”nın nizamnamə kapitalı dəyişməyib – 40,25 milyon manat. 21 milyon 353 min manatlıq mənfəəti də əlavə edəndə cəmi kapitalı 61 milyon 604 min manata yüksəlib.
Bununla yanaşı, ötən il “PAŞA Həyat Sığorta»nın öhdəlikləri də təqribən iki dəfə artaraq 150,4 milyon manatdan 285,2 milyon manata yüksəlib.
Şirkətin gəlirləri 151,1 milyon manat, xərcləri 124,3 milyon manat təşkil edib. Nəticədə “PAŞA Həyat Sığorta» 2018-ci ili 26 milyon 768 min manat mənfəətlə başa vurub. 5,5 milyon manatlıq mənfəət vergisini də çıxanda şirkətin xalis mənfəəti 21,26 milyon manat təşkil edib. Bu, 2017-ci ildəki göstəricidən 4 milyon manat artıqdır.
Əldə edilən mənfəətin 17 milyon 132 min manatı «Paşa Həyat Sığorta»nın sahibi olan «Paşa Holdinq»ə dividend kimi ödəniləcək.
Eləcə də bax: “PAŞA Sığorta” pul içində "üzür" - İLLİK HESABAT