2025-ci ilin yanvar-mart aylarında “Paşa Sığorta” ASC 114 milyon 882 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabatlara istinadən xəbər verir.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 64 min və ya 0,9% azalma deməkdir.
Xatırladaq ki, ötən ilin eyni dövründə şirkətin topladığı sığorta haqqı 115 milyon 946 manat olub.
Bunun əksinə “Paşa Sığorta” ASC-nin ödənişlərində də azalma müşahidə olunub. Belə ki, bu ilin ilk 3 ayının nəticələrinə görə şirkətin sığorta ödənişləri 27 milyon 676 min manat olub. Sığorta ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 430 min manat və ya 1,5% azalıb.
Ötən ilin yanvar-mart aylarında isə bu göstərici 28 milyon 106 min manat təşkil edib.
2025-ci ilin ilk 3 ayının nəticələrinə görə “Paşa Sığorta” ASC topladığı hər 100 manatdan 24 manatı ödənişlərə yönəldib. . Ötən ilin yanvar-mart aylarında da sığorta şirkətinin ödəniş-yığım nisbəti 24% olub.