Azərbaycanın sığorta şirkəti olan «Paşa sığorta» 2019-cu ildə mənfəətlə başa vurub.
Eləcə də bax: Sığorta şirkəti böyük - QAZANC AÇIQLADI – MƏBLƏĞ
FED.az şirkətin 2019-cu il üzrə hesabatına istinadən bildirir ki, 2019-cu ildə şirkətin cəmi gəlirləri 151 milyon 204,3 min manat, cəmi xərcləri 111 milyon 139,7 min manat təşkil edir.
Ötən il «Paşa sığorta» sığorta haqqı kimi 152 milyon 787,9 min manat toplayıb. Sığorta şirkətinin gəlirlərinə 10 milyon 824,6 min manat isə investisiya fəaliyyətindən, 1 milyon 154,8 min manat subroqasiya gəlirlərindən, 210,1 min manat sair gəlirlərdən daxil olub. Həmçinin şirkət 13 milyon 773,1 min manat xalis sığorta ehtiyatlarının dəyişməsindən itirib.
Ötən il şirkət 88 milyon 458,1 min manat sığorta ödənişi edib. 2019-cu ildə «Paşa sığorta» işlərin aparılması xərcləri 22 milyon 665,8 min manat, sair xərclər 15,8 min manat olub.
Nəticədə ilin yekununda şirkətin əməliyyat mənfəəti 40 milyon 64,6 min manat olub. Şirkət 8 milyon 985,7 min manat mənfəət vergisi ödəyib və xalis mənfəəti 31 milyon 78,9 min manat olub.
«Paşa sığorta»nın cəmi aktivləri 60 milyon 660,1 min manat, cəmi öhdəlikləri 116 milyon 659,6 min manat, cəmi kapitalı 84 milyon 604 min manatdır.
Qeyd edək ki, 2018-ci ildə “Paşa sığorta” 28 milyon 350,1 min manat maliyyə mənfəətindən 5 milyon 934 min manat mənfəət vergisi ödəmişdi. Şirkətin 2018-ci il üzə xalis mənfəəti 22 milyon 416,1 min manat olub.
Şirkətin xalis mənfəəti 8 milyon 662,8 manat 38,6% artıb.