“Paşa Sığorta” ASC bu ilin III rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, cəmi gəlirlər 2025-ci ilin sentyabrın 30-u tarixinə 252 milyon 321 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 278 min manat (2%) azalmadır.
Əsas əməliyyat gəlirləri 273 milyon 728 min manata bərabər olub. Bu, illik 24 milyon 619 min manat (9,9%) artım deməkdir.
İnvestisiya gəlirləri 16 milyon 888 min manat təşkil edərək, 1 milyon 425 min manat (9,2%) artıb.
Digər gəlirlər 2 milyon 88 min manata bərabər olub. Bu da 1 milyon 2 min manat (32,4%) azalmadır.
Cəmi xərclər 222 milyon 612 min manat təşkil edib. Xərclər, ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 759 min manat (2,7%) artıb
Əsas əməliyyat xərcləri 1 milyon 43 min manat (0,6%) artımla 165 milyon 550 min manata yüksəlib.
İşlərin aparılması xərcləri 57 milyon 36 min manat təşkil edərək, 6 milyon 51 min manat (11,9%) artıb.
Digər xərclər 25 min manata bərabər olub ki, bu da 1 milyon 335 min manat (54 dəfə) azalmadır.
Maliyyə mənfəəti 29 milyon 709 min manat səviyyəsində olub. Mənfəətin həcmində, ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 37 min manat (27%) azalma baş verib.
Mənfəət vergisi 5 milyon 221 min manat təşkil edərək, 2 milyon 359 min manat (31,1%) azalıb.
Nəticədə, sığorta şirkətinin xalis mənfəət 24 milyon 489 min manat olub. Bu isə ötən ilin 33 milyon 167 min manatlıq mənfəəti ilə müqayisədə 8 milyon 678 min manat (26,2%) azalma deməkdir.











