A.M. Best Qlobal Sığorta Kredit Reytinqi və İnformasiya Xidmətləri Agentliyi “PAŞA Sığorta ASC”-nin kredit reytinqlərini yeniləyib.
Agentlik PAŞA Sığorta şirkətinin Maliyyə Dayanıqlığı Reytinqini “B+”, Uzunmüddətli Kredit Reytinqi isə “bbb-” olaraq dəyərləndirib.
PAŞA Sığorta Azərbaycanda bu agentlik tərəfindən reytinq almış yeganə sığorta şirkətidir.
Reytinqlər PAŞA Sığortanın yüksək əməliyyat göstəricilərini, güclü kapital bazası və təkrarsığorta təminatına malik olmasını əks etdirir. İlk dəfə 2017-ci ildə A.M. Best Qlobal Sığorta Kredit Reytinqi PAŞA Sığorta şirkətinin reytinqini dəyərləndirmişdir.