1 may 2026 tarixindən etibarən "PAŞA Sığorta"nın Port Baku ərazisində fəaliyyət göstərən satış ofisi xidmətini Sahil Plaza ünvanında davam etdirəcək.
FED.AZ xəbər verir ki, bu dəyişiklik nəticəsində satış və sığorta hadisələri üzrə bütün xidmətlər vahid məkanda təqdim olunacaq.
Yeni ünvanda xidmətlərin bir araya gətirilməsi müştərilər üçün daha operativ və səmərəli xidmət imkanları yaradacaq.
Bu addım müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində atılan növbəti addımdır.
PAŞA Sığorta bundan sonra da müştərilərinə yüksək standartlarla xidmət göstərməyə davam edəcək.
Etimadınız üçün təşəkkür edir, sizi yenilənmiş xidmət məkanımızda məmnuniyyətlə gözləyirik.















