“PAŞA Sığorta” ASC-nin İdarə Heyətində yer alan xanım üzv vəzifəsindən ayrılıb, onun yerinə yenisi təyin edilib.
Eləcə də bax: "MARSA" MMC-də - YENİ TƏYİNATLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, İdarə Heyətinin üzvü Ülviyyə Elmar qızı Abbasova vəzifəsindən ayrılıb.
Onun yerinə isə İnarə Mirhəsənova Vaqif qızı təyin edilib, lakin müvəqqəti olaraq.
Ü.Abbasova 2019-cu ilin yazında “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinə üzv təyin edilmişdi.
İnarə Mirhəsənova 2009-cu ildən sığorta sahəsində çalışır. “Bakı Sığorta” ASC-də aktuari kimi çalışıb.
2011-ci ilin mayından 2012-ci ilin dekabrına qədər “Ata Sığorta”da aktuari, 2012-ci ilin dekabrından 2016-cı ilin mayına qədər həmin sığorta şirkətində Risk və maliyyə analitiki şöbəsinin müdiri vəzifəsində olub.
2016-cı ilin yanvarında 2020-ci ilin dekabrına qədər “PAŞA Həyat” ASC-də müxtəlif vəzifələrə təyin edilib. “PAŞA Həyat”da son vəzifəsi Strategiya və investisiyalar departamentinin direktoru olub. 2020-ci ilin dekabrından isə ana şirkət “PASHA Holding” MMC-də çalışırdı.