“RAŞA Sığorta” ASC-yə daxil olan çoxsaylı şikayətlər əsasında şirkətlə əlaqəsi olmayan bir qrup şəxsun dələduzluq halları qeydə alınıb.
FED.az xəbər verir ki, bu barədə “PAŞA Sığorta”nın açıqlamasında bildirilir.
Eləcə də bax:«Azsığorta»dan məhkəmə işi ilə bağlı – AÇIQLAMA
“Araşdırmalara əsasən müəyyən edilib ki, dələduzlar şirkətin adından zənglər edərək vətəndaşları işə dəvət edir və işə qəbul qarşılığında ödəniş terminalları vasitəsilə müəyyən məbləğdə pul köçürmələri tələb edirlər. Sözügedən dələduzluğun bir neçə qurbanı qeydə alınıb, belə ki, iş təklif olunan bəzi insanlar tələb edilən məbləğdə ödəniş həyata keçiriblər.
“PAŞA Sığorta” vətəndaşları bu kimi təkliflərə aldanmamağa çağırır. Bu cür hallar şirkətin işə qəbul siyasətinə ziddir və bu şəxslərin şirkətlə heç bir əlaqəsi yoxdur. Əhaliyə tövsiyə olunur ki, belə hallarla üzləşdikdə hüquq-mühafizə orqanlarına müraciət etsinlər.
Şirkətdə mövcud vakansiyalar haqqında ən son məlumatı yalnız https://www.pasha-insurance.az/career/ ünvanından əldə edə bilərsiniz və müvafiq vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər”, - açıqlamada qeyd olunub.