Azərbaycan sığorta bazarında kadr dəyişikliyi baş verib.
FED.az xəbər verir ki, “PAŞA Sığorta” ASC-də baş mühasib vəzifəsində çalışan Ənbər Həsənova avqust ayından etibarən “Xalq Sığorta” ASC-yə keçib. O, yeni iş yerində də eyni vəzifədə, baş mühasib kimi fəaliyyət göstərəcək.
Ənbər Həsənova 2011-ci ildən sığorta sektorunda çalışır. O, 2022-ci ilin martından bu ilin avqustuna qədər “PAŞA Sığorta”da baş mühasib olub. Daha öncə isə uzun müddət “Atəşgah Sığorta” ASC-də baş mühasibin müavini vəzifəsini icra edib.
Onun digər iş təcrübəsinə “Bakelektro”da baş mühasib, “BINSoft” MMC-də biznes analitik və “TITAN Group”da mühasib kimi fəaliyyəti daxildir.