Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta bazarının göstəricilərini açıqlayıb.
FED.az Palataya istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində ən çox yığım edən sığorta şirkətləri bunlardır: “Paşa Həyat Sığorta” ASC (244,7 mln manat) , “Paşa Sığorta” ASC (122,4 mln manat) və “Atəşgah Həyat” Sığorta ASC (52,9 mln manat).
Bu göstəricilərə əsasən, ilk iki şirkətin - «Paşa Həyat Sığorta» ASC və «Paşa Sığorta» ASC şirkətlərinin bazar payı 55,4% təşkil edib. Bununla yanaşı, noyabrda bu iki şirkətin paylarının azalması müşahidə edilib.
Eləcə də bax: Sığorta şirkətlərinin yığımlar üzrə renkinqi (Yanvar-noyabr, 2018) – CƏDVƏL 1
Belə ki, yanvar-okyabr aylarının yekununda bu iki şirkətin bazar payı 55,9% olmuşdu.
2018-ci ilin yanvar-noyabr ayları ərzində ən az yığım əldə edən sığorta şirkətləri bunlardır: «Bakı Sığorta» ASC (865,2 min manat), «Amrah Sığorta» ASC (585,5 min manat) və «Naxçıvan Sığorta» ASC (238,5 min manat). Bu sığorta şirkətlərinin bazar payı 0,25%-dir.
Ötən ay isə bu 3 şirkətin bazar payı 0,26% idi.