"PAŞA Sığorta" iyul ayı ərzində müştərilərinə 15.065.086 ₼ məbləğində sığorta ödənişi həyata keçirib.
FED.AZ xəbər verir ki, şirkət tərəfindən ödənilən vəsaitlər aşağıda qeyd olunan sığorta növləri üzrə həyata keçirilib.
• avtonəqliyyat hadisələri üzrə 9.035.446 ₼;
• əmlak hadisələri üzrə 304.392 ₼;
• könüllü tibbi sığorta halları üzrə 5.711.263 ₼;
• səyahət sığortası hadisələri üzrə 13.985 ₼ ödəniş edib;
Bu rəqəmlər onu göstərir ki, “PAŞA Sığorta” gözlənilməz hadisələr zamanı daim müştərilərin yanındadır. Şirkət müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və müştərilərinə təminatlarını ödəməyə sadiqdir.














