Struktur bölmə : Biznes proseslərin idarəedilməsi şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 23 iyun 2019-cu il
Əsas vəzifə öhdəlikləri:
1. Biznes qurumlardan alınmış tələblərin analitik təhlili (tələbin sistemləşdirilməsi, strukturlaşdırılması, optimal həllin tapılması) və texniki tapşırığın hazırlanması;
2. Texniki tapşırığın kiçik tapşırıqlara bölünməsi və müvafiq İT icraçılara təhkim edilməsi;
3. Tələbin icrasının planlaşdırılması və prioritetlərin müəyyən olunması;
4. Tələbin təhvil təslimində prosesində iştirak;
5. Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsində iştirak etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi : İnformasiya texnologiyaları sahəsində(proqramlaşdırma) analitik kimi bir ilədək iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası : Maliyyə, Iqtisadiyyat, Riyaziyyat və ya İT ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri : Azərbaycan dili – yüksək, ingilis dili – yaxşı səviyyədə bilməlidir.
Kompüter bilikləri : Kompüter proqramları və Microsoft Office (Word, PowerPoint, MS Project, Excel, Visio) proqramları ilə sərbəst işləmək bacarığı.
Üstünlüklər: Rus dilinin bilməsi, İT sahəsi üzrə sertifikasiya və ya dərəcələrin olması, maliyyə sahəsi üzrə biznes proseslərinin idarəedilməsi üzrə iş təcrübəsi, ERP proqramlarından istifadə sahəsində təcrübə üstünlükdür.
Fərdi keyfiyyət tələbləri :
Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, geniş perspektiv, dinamikanı anlama.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942
Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Biznes proseslərin idarəedilməsi şöbəsi kiçik mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.