“PAŞA Sığorta” ASC namizədləri “SQL proqramçı” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Stabil, etibarlı və effektiv məlumat bazalarını yaradılması;
• T-SQL istifadə edərək saxlanan prosedurların və funksiyaların yazılması, tətbiqi və optimallaşdırılması;
• Performans təkmilləşdirilməsi üçün mövcud SQL sorğuların təhlili;
• Mövcud sistemlərin optimallaşdırılması və dəstəklənməsi;
• Bütün verilənlər bazalarının şirkət və performans tələblərinə cavab verməsini təmin edilməsi;
• Tələb olunan biznes və idarəetmə hesabatlarının təmin edilməsi.
Bilik və bacarıqlar:
• SQL proqramçı və ya oxşar rolda 2-3 il iş təcrübəsi;
• T-SQL proqramlaşdırma üzrə biliklər;
• Microsoft SQL Server üzrə biliklər;
• “SQL Server Reporting Services” və “SQL Server Analysis Services”-ilə iş təcrübəsinə üstünlük verilir.
Son müraciət tarixi: 20 aprel, 2019.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.