“PAŞA Sığorta” ASC namizədləri “İnformasiya Sistemlərinin İdarə olunması şöbəsində proqramçı” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Yaranan xətaların aradan qaldırılması və texniki dəstəyin göstərilməsi;
• Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması;
• Yeni proqram təminatının yaradılması, mövcud olan proqram təminatının dəstəklənməsi;
• Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.
Bilik və bacarıqlar:
• Tətbiqi riyaziyyat, İnformatika və ya digər texniki ixtisaslar üzrə ali təhsil;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;
• MS Office ilə qabaqcıl istifadə bacarıqları;
• Verilənlər Bazasının İdarəetmə Sistemləri: MsSQL
• C#.Net, ASP.net proqramlaşdırma, HTML, Jquery, CSS-lə işləmək bacarıqları
• Mobil tətbiq üçün lazım olan API və s. hazırlanmasında digər proqramçılarla birgə işləmək
• Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi;
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
Son müraciət tarixi: 31 mart, 2019.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.