“PAŞA Sığorta” ASC namizədləri “Tibbi iddialar üzrə mütəxəssis/ Tibbi ekspert” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə əlaqənin yaradılması, tibb müəssisələrinin heyətinə tibbi sığorta prinsiplərinin izahı; sığorta şirkətinin nüfuzunun qorunması;Tibbi sığorta üzrə sığorta hadisələrinin tənzimlənməsi.
• Sığorta olunan şəxslərin müraciəti ilə bağlı tibb müəssisələrindən daxil olan sənədlərin təhlili, sığorta hadisələrinin tibbi-maliyyə ekspertizanın həyata keçirilməsi, tələb olunduqda ekpertizanın bilavasitə tibb müəssisəsində keçirilməsi. Sığorta ödənişinin həyata keçirilməsi barədə qərar qəbul edildiyi halda Sığorta Aktının hazırlanması;
• Tibbi müəssisələrin qiymət cədvəllərinin və xidmət şərtlərinin, xidmət səviyyəsinin, habelə həkim personalının və yazılan reseptlərin təhlili nəticəsində birbaşa rəhbərə rüblük hesabatların təqdim olunması; təhlil nəticəsində prioritet klinikalar və həkimlərin siyahısının tərtibində birbaşa rəhbərə dəstək;
Bilik və bacarıqlar:
• Ali tibbi təhsili;
• Müvafiq səhiyyə/ tibbi sığorta sahəsində ən azı 3 il iş təcrübəsi;
• Kompyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
• Dil bilikləri: Azərbaycan və rus sərbəst, ingilis dilini danışıq səviyyəsi;
• Ünsiyyət qurmaq bacarığı;
• Qeyri standart vəziyyətə cəld reaksiya vermək;
• Məntiqi təfəkkür;
• Dürüstlük;
• Qərəzsizlik və obyektivlik.
Yaxşı ünsiyyət qurmaq qabiliyyəti.Son müraciət tarixi: 30 yanvar, 2019.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.