“PAŞA Sığorta” ASC namizədləri “Risklərin idarəolunması üzrə mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Risklərin aşkarlanması, qiymətləndirilməsi, monitorinqi, cavab strategiyasının seçilməsi istiqamətində işlər aparmaq;
• Cəmiyyətin fəaliyyətinin risk limitlərinə uyğunluğunun təhlilini aparmaq və yayınmalar barədə məlumat vermək;
• Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında və yenilənməsində iştirak etmək;
• İstiqaməti üzrə təhlillərin aparılması və nəticələr barədə hesabat və təqdimatlar hazırlamaq;
• Risklərin idarəedilməsi istiqamətində modellərin (stress test və ssenari təhlilli modellərinin) qurulmasında iştirak etmək;
• İstiqaməti ilə bağlı təlimlərin təşkilində iştirak etmək;
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirmək.
Bilik və bacarıqlar:
• Ali təhsil (Risklərin idarəolunması, riyaziyyat, statistika, maliyyə sahəsində ali təhsil)
• Dil bilikləri - Azərbaycan, rus və ingilis dillərinin mükəmməl, işlək səviyyədə olması.
• İqtisadi təhlil etmə və modelləşdirmə bacarıqları;
• Danışıqların aparılması, təqdimat bacarıqları.
• Risklərin İdarəolunması sahəsində ən azı 2 il iş təcrübəsi;
• FRM, ARM imtahanlarında uğurlu nəticə göstərmiş namizədlərə üstünlük veriləcək.
Son müraciət tarixi: 25 iyun, 2018.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.