“PAŞA Sığorta” ASC-nin gəlirləri bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 10 milyon 840 min manat və ya 14% artaraq 88 milyon 572 min manata yüksəlib.
Leysan, sel, yanğın zamanı evə dəyən - ZƏRƏRİ KİM ÖDƏMƏLİDİR?
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə şirkətin hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə şirkətin xərcləri 77 milyon 925 min 156 manat olub. Şirkətin maliyyə mənfəəti 10 milyon 647 min manat, ödənilmiş mənfəət vergisinin həcmi isə 2 milyon 129 min manat olub. Nəticədə şirkət birinci rübü 8 milyon 517 min manat xalis mənfəət ilə başa vurub.
Cari ilin mart ayının sonuna şirkətin aktivlərinin həcmi 497 milyon 108 min manata çatıb. Bu, ötən ilin sonu ilə müqayisədə 112 milyon 750 min manat (29,3%) çoxdur.
Bu ilin birinci rübünün sonuna şirkətin öhdəliklərinin həcmi 393 milyon 438 min manat olub ki, bu da, son üç ayda 105 milyon 495 min manat (36,6%) artım deməkdir.
2026-cı ilin mart ayınını sonuna şirkətin cəmi kapitalı 103 milyon 670 min manata çatıb. Bu, 2025-ci ilin sonuna nəzərən 7 milyon 255 min manat və ya 7,5% çoxdur.











![“PAŞA Sığorta” birinci rübdə 8 milyon manatdan çox xalis mənfəət əldə edib - [red]HESABAT[/red] | FED.az](upload/news/small/2133820.jpeg)
![“PAŞA Sığorta” birinci rübdə 8 milyon manatdan çox xalis mənfəət əldə edib - [red]HESABAT[/red] | FED.az](upload/news/small/2877853.jpeg)
![“PAŞA Sığorta” birinci rübdə 8 milyon manatdan çox xalis mənfəət əldə edib - [red]HESABAT[/red] | FED.az](upload/news/small/4501214.jpeg)
![“PAŞA Sığorta” birinci rübdə 8 milyon manatdan çox xalis mənfəət əldə edib - [red]HESABAT[/red] | FED.az](upload/news/small/3134605.jpeg)
![“PAŞA Sığorta” birinci rübdə 8 milyon manatdan çox xalis mənfəət əldə edib - [red]HESABAT[/red] | FED.az](upload/news/small/643145.png)








