Ölkənin ən iri həyat sığortası şirkətlərindən olan “PAŞA Həyat” sığorta şirkətinin yığımları azalıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2019-cu ilin yanvar-avqust ayları üzrə açıqladığı rəsmi hesabata əsasən “PAŞA Həyat”ın yığlmları son bir il ərzində kəskin azalaraq 148,625 mln. manata düşüb.
Eləcə də bax: Sığorta yığımlarının məbləğinə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (yanvar-avqust, 2019)
Belə ki, ötən ilin yanvar-avqust aylarında şirkət tərəfindən 193,454 mln. manat həcmində sığorta haqqı toplanmışdırsa, cari ilin analoji dövründə bu rəqəm 44,829 mln. manat və ya 23% azalaraq 148, 625 mln. manat təşkil edib.
Qeyd edək ki, yığımlardakı azalma bütün həyat sığortası şirkətlərinə təsir edib. Belə ki, həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Eyni məhdudiyyət sosial sığorta haqları üzrə də mövcuddur.