Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «PAŞA Həyat» Sığorta Şirkəti ASC səhmdarına ötən il 20 milyon 700 min manat dividend ödəyib.
Eləcə də bax: “Azsığorta” şirkətinin 78 min manatdan çox - VERGİ BORCU VAR
FED.az xəbər verir ki, dividend «PAŞA Həyat Sığorta» ASC-nin 2018-ci ilin maliyyə nəticələrinə əsasən bölüşdürülməmiş mənfəətindən ödənilib.
Xatırladaq ki, 2018-ci ildə «PAŞA Həyat»ın xalis mənfəəti 22 milyon 416 manat, bölüşdürülməmiş mənfəəti 21 milyon 35 min manat olmuşdu.
Qeyd edək ki, «PAŞA Həyat»nın nizamnamə kapitalı 40 milyon 250 min manatdır və səhmdarı 100%-lik payla «PAŞA Holdinq»dir.