“PAŞA Həyat Sığorta” şirkətinin Gəncə filialı Gəncə şəhəri, Atatürk prospekti 261 ünvanında yerləşən ofisini dəyişib.
Şirkətin baş ofisindən FED.az-a verilən məlumata görə, artıq bundan sonra şirkət öz fəaliyyətini “Paşa Sığorta” şirkətinin Gəncə şəhəri, Atatürk prospekti 240 ünvanında yerləşən ofisində davam etdirəcək.
Şirkətdən redaksiyamıza daxil olan məktubda bildirilir: “PAŞA Həyat” Gəncə filialı öz fəaliyyətini davam etdirir. Hər iki şirkətdə (red. "PAŞA Həyat" və "PAŞA Sığorta") xidmət prosesinin optimallaşdırılması və müştərilərin rahatlığını düşünərək, filialımız yeni ünvana köçürülüb. Hazırda şirkətin Gəncə şəhərində yerləşən “Qərb” filialının fəaliyyət ərazisinə Gəncə şəhəri və ətrafı rayonlar, həmçinin Qazax, Ağstafa, Tovuz, Gədəbəy kimi rayonlar daxil olmaqla bütövlükdə ölkənin qərb regionu daxildir”.
Qeyd edək ki, "PAŞA Həyat Sığorta" ASC 2010-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb, 2011-ci ilin fevralından fəaliyyətə başlayıb.
“PAŞA Həyat”ın Gəncə filialı fəaliyyətini “PAŞA Sığorta”da davam etdirəcək
11:12
31 May 2018