“PAŞA Həyat” sığorta şirkətinin baş ofisi bu gündən etibarən yeni binaya köçür.
Eləcə də bax: «PAŞA Həyat» sığortanın sistemində - FASİLƏ YARANACAQ
FED.az xəbər verir ki, şirkət Bakı, M.Useynov prospekti 61 nömrəli ünvanda (Əl Oyunları Sarayı ilə üzbəüz) yerləşən “Sahil Plaza” adlanan yeni binaya köçür. Şirkətin baş ofisi sentyabrın 14-dən etibarən artıq yeni ünvanda fəaliyyət göstərəcəkdir.
Qeyd edək ki, "Paşa sığorta"nın baş ofisi də həmin ünvanda yerləşir.
Qeyd edək ki, bundan öncə “PAŞA Həyat” şirkətinin baş ofisi Bakı, Mayakovski küçəsi 15 nömrəli ünvanda yerləşirdi.