“PAŞA Həyat Sığorta” şirkətinin ötən il ərzində müxtəlif sığorta hadisələri üzrə ödədiyi vəsaitlərinin həcmi azalıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar-dekabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət tərəfindən ötən il ərzində sığorta hadisələri üzrə 204,974 mln. manat həcmində vəsait ödənilib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 18,003 mln. manat və ya 8,1% azdır.
Qeyd edək ki, 2021-ci ilin hesabatına əsasən “PAŞA Həyat” ötən il ərzində ən çox sığorta ödənişi edən şirkət kimi ilk yeri tutub.