Azərbaycanın həyat sığortası bazarının aparıcı şirkətlərindən olan «Paşa Həyat Sığorta» 2022-ci ilin nəticələrini açıqlayıb.
«Paşa Sığorta» bütün sığorta şirkətlərindən və 21 bankdan - DAHA ÇOX PUL QAZANIB
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin yekununa «Paşa Həyat Sığorta»nin aktivləri 40%-ə yaxın artaraqa 552,5 milyon manata, cəmi öhdəlikləri 44% artaraq 472 milyon manata yüksəlib.
2022-ci ildə «Paşa Həyat Sığorta»nın kreditor borcları 7 dəfə artaraq 4,8 milyon manatdan 34,6 milyon manata yüksəlib. O cümlədən şirkətin büdcə qarşısında 9 milyon manat borcu yaranıb.
2022-ci ildə «Paşa Həyat Sığorta»nin cəmi gəlirləri 325 milyon manat, cəmi xərcləri isə 273 milyon manat olub. Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 51,5 milyon manat təşkil edib.
12 milyon manat mənfəət vergisi ödənişindən sonra şirkətin xalis mənfəəti 39,5 milyon manat təşkil edib.