PAŞA Həyat Sığorta” şirkəti 2017-ci ili 17,334 milyon manat xalis mənfəətlə başa vurub.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı illə müqayisədə 36,5% çoxdur.
Bu il yanvarın 1-nə “PAŞA Həyat Sığorta”nın aktivləri 218,23 milyon manat olub ki, bu da illik müqayisədə 40,4% çoxdur. 2017-ci ildə şirkətin öhdəlikləri 58% artaraq 160,043 milyon manata, balans kapitalı isə 7,5% artaraq58,187 milyon manata çatıb.