Azərbaycanın “PAŞA Həyat Sığorta” ASC-nin 2021-ci ili 17,714 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki (2020) ilin göstəricisisi ilə müqayisədə 4,059 mln. manat və ya 18,6% az olub. Qeyd edək ki, şirkət 2020-ci ili 21,773 mln. manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin azalması sığorta ehtiyatına ayrılan vəsaitin artması ilə əlaqədardır.
FED.az biznes maliyyə portalı şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci lllə müqayisədə “PAŞA Həyat”ın cəmi əməliyyat gəlirləri və xərclərində azalma müşahidə edilib. Belə ki, 2020-ci ildə şirkətin cəmi əməliyyat gəlirləri 312,034 mln. manat təşkil etmişdirsə 2021-ci ildə bu rəqəm 20,255 min manat azalaraq (6,5%) 291,779 mln. manatadək azalıb.
Eyni ilə cəmi əməliyyat xərclərinin həcmi 14,344 min manat azalaraq 268,210 mln. manata enib. 2020-ci ildə şirkətin cəmi əməliyyat xərcləri 282,554 mln. manat təşkil etmişdi.
“PASHA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” ASC Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir.
(Marja)