Həyat sığortası bazarının iştirakçılarından olan “Paşa Həyat Sığorta” şirkətinin müştərilərinə ödədiyi vəsitlərin həcmi azalıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin yanvar-iyul ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkətin cari ilin 7 ayı ərində verdiyi sığorta ödənişlərinin həcmi son bir illə müqayisədə 37,266 mln. manat və ya 23,8% azalaraq 119,325 mln. manata enib.
Qeyd edək ki, AMB-nin hesabatına əsasən 2022-ci ilin 7 ayında “Paşa Həyat Sığorta” ən çox ödəniş edən şirkət kimi cədvəldə ilk yeri tutur.