Oktyabr ayından etibarən “PAŞA Həyat Sığorta” şirkətində Risklərin idarəedilməsi departamentinin direktoru Fərid Abdullayev, İdarə Heyətinin üzvü - Baş risk inzibatçısı vəzifəsinə təyin edilib.
Eləcə də bax: “Paşa Sığorta”şirkətində - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, Fərid Abdullayev əmək fəaliyyətinə 2011-ci ildən “Paşa Həyat Sığorta” şirkətində başlayıb və burada anderraytinq üzrə mütəxəssis, aktuariat üzrə mütəxəssis və baş mütəxəssis, məsul aktuari, aktuariat şöbəsinin müdir müavini, baş risk inzibatçısı kimi vəzifələrdə çalışıb.
Bununla da şirkətin İdarə Heyətinin tərkibi aşağıdaki kimi formalaşıb:
İdarə Heyətinin sədri – Niyaz İsmayılov
İdarə Heyəti sədrinin birinci müavini - İbrahim İbrahimov
İdarə Heyətinin üzvü - Baş Maliyyə İnzibatçısı - Dilara Babayeva
İdarə Heyətinin üzvü - Baş Əməliyyat İnzibatçısı - Rüstəm Məmmədov
İdarə Heyətinin üzvü - Baş Risk İnzibatçısı – Fərid Abdullayev