“PAŞA Həyat” Sığorta ötən il PAŞA Banka 17 mln 500 min manat vəsait yatırıb. FED.az adı çəkilən şirkətin illik hesabatına istinadən xəbər verir ki, müstəqil auditorun rəyi nəzərə alınmaqla, 17 500 000 AZN (on yeddi milyon beş yüz min manat) vəsaitin “PAŞA Həyat Sığorta” ASC-nin aidiyyəti şəxsi olan “PAŞA Bank” ASC-də müddətli depozit hesabına yönləndirilməsinə və həmin hesabda olan vəsaitlərin məhdudiyyətsiz artırılıb azaldılmasına razılıq verilsin.
“PAŞA Həyat Sığorta” ASC-nin “PAŞA Bank” ASC-dəki 001D129180720001 saylı depozit hesabındakı pul vəsaitinin aidiyyəti şəxs olan “PAŞA Bank” ASC-nin xeyrinə girovla yüklü edilməsinə razılıq verilsin. “PAŞA Həyat Sığorta” ASC-nin xeyrinə “Bank of Baku” ASC-yə təqdim edilməsi məqsədilə Qarantiya verilməsi üçün “PAŞA Bank” ASC-yə müraciət edilsin. Bu qərardan irəli gələn digər məsələlərin həlli “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədrinə həvalə edilsin.
“PAŞA Həyat” Sığorta ötən il PAŞA Banka 17 mln manatdan çox vəsait yatırıb
10:01
16 İyul 2019