Vakansiya haqqında məlumat:
Struktur bölmə : Məlumat bazası və dəstək şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 25 avqust 2019-cu il
Əsas vəzifə öhdəlikləri:
1. Proqramçılar tərəfindən təqdim edilmiş modul və məhsullarda olan funksionallıqların yoxlanılması
2. Məlumatlarn düzgün əks etidilməsi və ya yayınmaların araşdırılması
3. Test zamanı çıxan səhvlərin qeydiyyatı və rəhbərinə hesabat şəklində təqdim edilməsi
4. Gündəlik olaraq məhsullar üzrə test modullarının qurulması və həyata keçirilməsi
5. Sistem üzərində mövcud olan əməliyyatların tam öyrənilməsi və bu əməlliyyatlarda ediləcək dəyişiklik tələblərinin analizi və uyğunsuzluqların bildirilməsi
6. Mövcud proseslərin qarşılıqlı təsirinin analizi və yeniliklərin bu proseslərə təsirinin analiz edilib, test olunması
Namizədə olan tələblər:
İş təcrübəsi : Biznes proseslərin təhlili və alqoritmlərin yazılması üzrə 1 ilədək iş təcrübəsi tələb edilir;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur, informasiya texnologiyaları sahəsində təhsilə üstünlük verilir;
Dil bilikləri : Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları və orta səviyyədə SQL biliyi tələb edilir;
Üstünlüklər: Hər hansı proqramlaşdırma dili biliyi və təcrübəsi, yeni tətbiq olunan İT sistemlərin test edilməsi ilə bağlı təcrübə üstünlükdür;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, problem həlletmə, dəyişikliklərə uyğunlaşma.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942
Vakansiya üçün müraciət qaydası :
Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Məlumat bazası və dəstək şöbəsinin kiçik mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.