“PAŞA Həyat Sığorta” ASC-nin gəlirləri bu ilin birinci rübündə 160 milyon 908 min manat olub.
“PAŞA Sığorta” birinci rübdə 8 milyon manatdan çox xalis mənfəət əldə edib - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31 milyon 632 min manat və ya 24,5% çoxdur.
Hesabat dövründə şirkətin xərcləri 141 milyon 523 min manat olub ki, bu da, illik müqayisədə 31 milyon 132 min manat (28,2%) artım deməkdir.
Bu dövrdə şirkətin maliyyə mənfəəti 19 milyon 384 min manat təşkil edib. Ödənilmiş mənfəət vergisini həcmi 4 milyon 268 min manat olub. Nəticədə şirkət birinci rübü 15 milyon 116 min manat xalis mənfəətlə başa vurub ki, bu da, 2025-ci ilin birinci rübü ilə müqayisədə 352 min 453 manat (2,4%) artım deməkdir.
Cari ilin birinci rübünün sonunda şirkətin cəmi aktivlərinin həcmi 879 milyon 935 min manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 49 milyon 390 min manat (6%) çoxdur.
Eyni dövrdə şirkətin cəmi öhdəliklərinin həcmi 723 milyon 138 min manat təşkil edib ki, bu da, son üç ayda 34 milyon 279 min manat (5%) artım deməkdir.
2026-cı ilin birinci rübünün sonunda “PAŞA Həyat Sığorta” ASC-nin cəmi kapitalının həcmi 156 milyon 797 min manat yüksəlib. Bu, 2025-ci ilin sonuna nəzərən 15 milyon 111 min manat və ya 10,7% artım deməkdir.











![“PAŞA Həyat Sığorta” ASC-nin vəziyyəti məlum oldu –[red] 3 AYDA 15 MİLYON MANAT MƏNFƏƏT[/red] | FED.az](upload/news/small/654632.jpg)
![“PAŞA Həyat Sığorta” ASC-nin vəziyyəti məlum oldu –[red] 3 AYDA 15 MİLYON MANAT MƏNFƏƏT[/red] | FED.az](upload/news/small/4114696.jpeg)
![“PAŞA Həyat Sığorta” ASC-nin vəziyyəti məlum oldu –[red] 3 AYDA 15 MİLYON MANAT MƏNFƏƏT[/red] | FED.az](upload/news/small/4632537.jpeg)
![“PAŞA Həyat Sığorta” ASC-nin vəziyyəti məlum oldu –[red] 3 AYDA 15 MİLYON MANAT MƏNFƏƏT[/red] | FED.az](upload/news/small/1506540.jpeg)
![“PAŞA Həyat Sığorta” ASC-nin vəziyyəti məlum oldu –[red] 3 AYDA 15 MİLYON MANAT MƏNFƏƏT[/red] | FED.az](upload/news/small/547751.jpeg)








