Azərbaycanın ən iri həyat sığortası şirkətlərindən olan “PAŞA Həyat”ın yığımlarında azalma olub.
FED.az biznes-maliyyə portalı Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə “PAŞA Həyat”ın yığlmlarının həcmi 2018-ci illə müqayisədə 52 429 000 manat azalıb.
Belə ki, 2018-ci ildə şirkət tərəfindən 264 988 000 manat həcmində sığorta haqqı toplanmışdırsa, 2019-cu ildə bu rəqəm 52 429 000 manat və ya 19,8% azalaraq 212 559 000 manat təşkil edib.
Qeyd edək ki, yığımlardakı azalma bütün həyat sığortası şirkətlərinə təsir edib. Belə ki, həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tahəcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Eyni məhdudiyyət sosial sığorta haqları üzrə də mövcuddur.