“PAŞA Həyat” sığorta şirkətinin İdarə Heyəti sədrinin I müavini vəzifəsindən ayrılıb.
FED.az xəbər verir ki, İbrahim Hüseynqulu oğlu İbrahimov sığorta şirkətinin İH sədrinin I müavini vəzifəsindən ayrılıb. O, bu vəzifədə 2017-ci ildə təyin edilmişdi.
Qeyd edək ki, sözügedən vəzifəyə hələlik hər hansı təyinat olmayıb.
Məlumat üçün bildirək ki, “PAŞA Həyat Sığorta” ASC 2010-cu ildə yaradılıb. Nizamnamə kapitalı 40,25 milyon manat olan şirkətin səhmləri tam şəkildə “PAŞA Holdinq” MMC-yə məxsusdur. (Apa)
FED.az ın əldə etdiyi məlumata görə, İ.İbrahimovun yaxın günlərdə digər bir quruma təyinatı gözlənilir.