PAŞA Həyat
Vakansiya haqqında məlumat:
Struktur bölmə : Hüquqi təminat şöbəsi
Vəzifə : Mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 03.06.2019
Əsas vəzifə öhdəlikləri:
1. Cəmiyyətin bütün struktur bölmələrindən daxil olan hüquqi uyğunluq məsələləri üzrə sorğuları cavablandırmaq;
2. Cəmiyyətin fəaliyyətində meydana çıxan hüquqi məsələlərlə bağlı hüquqi rəy və qiymətləndirməni hazırlamaq, eləcə də sığorta qanunvericiliyində meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğuların hazırlanmasında iştirak etmək;
3. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı pul vəsaitləri və digər əməliyyatlar barədə məlumatları qanunvericiliklə müəyyən olunmuş qaydada maliyyə monitorinqi orqanına təqdim edilməsinə nəzarət etmək, sığortaçının daxili nəzarət sistemini hazırlanmasında iştirak etmək və həmin sistemin tətbiq edilməsinə nəzarət etmək.;
4. Səhmdarların Ümumi Yığıncağı, Direktorlar Şurası, İdarə Heyəti, yardımçı və digər daxili komitələrin fəaliyyətinin hüquqi əsaslarının müəyyən edilməsi üçün lazımi işləri görmək, həmin qurumların iclaslarının keçirilməsini təşkil etmək, üzvlərə iclasın gündəliyini və əlaqəli sənədləri göndərmək, həmçinin iclasların protokollarını tərtib etmək;
5. Qanunvericilik aktlarını və onlara olunmuş əlavə və dəyişiklikləri araşdırıb aidiyyəti struktur bölmələrə göndərmək, əməkdaşların normativ-hüquqi aktlarla tanış olmasını təmin etmək və onların tətbiq olunması ilə bağlı izahlar vermək;
6. Maliyyə bazarlarına nəzarət orqanı və ya başqa təşkilatlara göndərilən, qanunvericiliyin tələbləri və ya başqa hüquqi məsələlərlə əlaqədar uyğunsuzluqlar barədə məktubların hazırlanmasında iştirak etmək və ya rəy vermək;
7. Maliyyə bazarlarına nəzarət orqanı və digər qurumlardan layihə şəklində daxil olan qanun və digər normativ hüquqi aktlarlarla bağlı təkliflər hazırlanmasında və rəy verilməsində iştirak etmək;
8. Cəmiyyətin struktur bölmələri, habelə filial və nümayəndəlikləri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən sığortaçının müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsinə nəzarət etmək və bununla bağlı aparılan yoxlamalarda iştirak etmək;
9. Lisenziyalaşdırma, icazələrin alınmasını tələb edən məsələlər üzrə sənədləri hazırlamaq, tədbirlər görmək;
10. Cəmiyyət tərəfindən maliyyə bazarlarına nəzarət orqanına və digər qurumlara verilən hesabatların vaxtında təqdim edilməsinə nəzarət etmək;
11. Filial və nümayəndəliklərin açılması ilə bağlı tələb olunan sənədləri hazırlamaq və müvafiq dövlət orqanına təqdim etmək;
12. Təsis sənədləri və hüquqi şəxsin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydiyyata alınması ilə bağlı işləri görmək;
13. Cəmiyyətin qiymətli kağızlarının emissiyası ilə bağlı işləri görmək.
Namizədə olan tələblər:
İş təcrübəsi : Sahə üzrə minimum 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : Ali hüquq təhsili;
Dil bilikləri : Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office;
Üstünlüklər: Maliyyə sektoru, komplyans və protokol tərtibi üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, geniş perspektiv, məlumat əldəetmə.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942
Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Hüquqi təminat mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.