PAŞA Həyat
Struktur bölmə: Satış departamenti,Satış və Analitika şöbəsi
Vəzifə: Satış və analitika şöbəsinin baş mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 31 may 2019
Vəzifə Öhdəlikləri:
1. Analitik və əməliyyat hesabatları üçün müvafiq məlumatların vahid məlumat bazasına toplanması;
2. Yeni satış imkanlarının araşdırılması və üzə çıxarılması üçün faydalı ola biləcək xarici məlumat mənbələrinin (external data sources) müəyyən edilməsi və məlumatların əldə edilməsi üçün təkliflərin verilməsi;
3. Məhsullar üzrə mövcud satış / müştəri bazasının müxtəlif yönümlü seqmentlər (iqtisadi, coğrafi, demoqrafik, davranış, gəlirlilik və s.) üzrə analitik təhlilinin aparılması, gizli trend və imkanların aşkarlanması və hədəflənən müştəri/alıcı profillərinin (buyer profiles) müəyyən edilməsi;
4. Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərin saxlanılması məqsədilə müştərilərin davranış məlumatlarının təhlil edilməsi (customer behavioral data analysis) və nəticələr əsasında təkliflərin hazırlanması;
5. Müştərilərin tələblərinə uyğun məhsul və təkliflərin hazırlana bilməsi üçün daxili və xarici məlumat bazaları, həmçinin müştərilərin davranış məlumatları əsasında müştərilərin ehtiyac analizlərinin aparılması və nəticələrin təqdim edilməsi;
6. Müxtəlif kriteriyalar əsasında lidlərin yaradılması, müvafiq sistemlərə yüklənməsi və satış/marketinq işçilərinə təhkim edilməsi;
7. Daxili və xarici məlumat mənbələrinin (data sources) analizi əsasında həyata keçirilən marketinq kampaniyalar və yaradılmış lidlər (sales leads) üzrə nəticələri və effektivliyin təhlil edilməsi və təkmilləşdirmə üzrə yeni təkliflərin verilməsi;
8. Məlumatların sistemlərdə düzgün daxil edilməsi və saxlanması ilə bağlı nəzarətedici mexanizmləri tətbiq edilməsi, problemləri üzə çıxararaq həllinin təmin edilməsi;
9. Çarpaz satış yönümlü imkanların üzə çıxarılması üçün məhsullar üzrə mövcud məlumat bazalarının təhlili və trendlərin aşkarlanması, həmçinin çarpaz satış yönümlü həyata keçirilən işlərin nəticələri və effektivliyi barədə hesabatların hazırlanması;
10. Tələblər əsasında müvafiq məlumatların analizini həyata keçirilməsi, müvafiq statistik modellərin qurulması və nəticələr barədə hesabatların hazırlanması və vizuallaşdırılması;
11. Satış işçiləri üzrə təyin edilmiş hədəflər, satış / performans göstəriciləri üzrə həftəlik, aylıq, rüblük və illik analitik hesabatların hazırlanması və vizuallaşıdırlması.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Riyaziyyat, Kibernetika, Statistika və ya İnformasiya texnologiyaları ixtisasları üzrə ali təhsil tələb olunur
Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini əla səviyyədə bilməlidir
Üstünlüklər: Tableau və SPSS biliyi üstünlükdür
Kompüter bilikləri: PowerBI, MSSQL(T-SQL), R, MS Office
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, məlumat əldəetmə, problem həlletmə.
İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Satış və analitika şöbəsinin baş mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.