PAŞA Həyat
Struktur bölmə : Satış və analitika şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 20 aprel 2019-cu il
Əsas vəzifə öhdəlikləri:
1. Analitik və əməliyyat hesabatları üçün müvafiq məlumatların vahid məlumat bazasına toplanması;
2. İstifadəçilərin tələblərinə cavab verən hesabatların tərtib olunması;
3. Hesabat məlumatlarının reallığının, düzgünlüyünün və tamlığının yoxlanılması və təmin olunması;
4. Qərarvermə prosesini sürətləndirmək üçün istifadəçi yönümlü hesabatların yaradılması;
5. Məlumat Bazası Hesabatları Anbarının (Database Reporting Warehouse) planlaşdırılması və yaradılması;
6. Məlumatların düzgün klassifikasiyasının və qruplaşdırılmasının təşkil olunması;
7. Satış işçiləri üzrə təyin edilmiş hədəflər, satış / performans göstəriciləri üzrə həftəlik, aylıq, rüblük və illik analitik hesabatların hazırlanması və müvafiq proqram təminatları vasitəsilə vizuallaşdırılaraq istifadəyə verilməsi;
8. Mövcud məhsullar və müştərilər (portfel) üzrə satış və marketinq yönümlü müxtəlif analitik panellərin (dashboard) hazırlanması, tələb olunan göstəricilərin (ratios) avtomatik hesablanaraq vizuallaşdırılması;
9. Sığorta bazarına və şirkətin strategiyasına uyğun potensial müştəri profilinin müəyyənləşdirilməsi;
10. Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
11. Büdcə proqnozunun hazırlanması zamanı satışın proqnozunun müəyyənləşdirilməsində iştirak etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi : Hesabatların hazırlanması və vizuallaşdırılması üzrə minimum 1 il iş təcrübəsi;
Təhsili/ixtisası : Riyaziyyat, Kibernetika, İqtisadiyyat, Statistika və ya İnformasiya Sistemləri istiqamətləri üzrə bakalavr dərəcəsi tələb olunur;
Dil bilikləri : Azərbaycan dilini yüksək, ingilis dilini yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : SQL (MSSQL, T-SQL), SSRS/PowerBI, R, MS Excel, MS Power Point;;
Üstünlüklər: SPSS və Tableau proqramları üzrə və ekonometrika üzrə biliklərin olması üstünlükdür;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, məlumat əldəetmə, problem həlletmə.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942
Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Satış və analitika şöbəsinin kiçik mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər