Sığorta

Palata attestasiyanın nəticələrini - AÇIQLADI - SİYAHI

Palata attestasiyanın nəticələrini - AÇIQLADI - SİYAHI | FED.az
15:43 26 Sen 2019

19 və 20 sentyabr 2019-cu il tarixlərində sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.

Eləcə də bax: AZSIĞORTA-nın rəhbərliyində - DƏYİŞİKLİK BAŞ VERİB

FED.az xəbər verir ki, nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 7 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub. 

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Digər xəbərlər