Özəl klinikalar İcbari Tibbi Sığortaya qoşula bilmək üçün xüsusi kriteriyalara cavab verməlidirlər. Biz də bu kriteriyaları hazırlamışıq. Qaydalar təsdiqini tapandan sonra ictimaiətə təqdim olunacaq. Bunu FED.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib.
“Bildiyimiz kimi pasientlərdən kim hansı xəstəxananı seçsə orda da müalicə alacaq və ödəniş də həmin tibb müəssisəsinə olunacaq. Ola bilər ki, elə özəl klinika ola bilər ki, ora bir ay ərzində müraciət olunmasın . İlkin olaraq belə müəssisələrdə dəstək almalıdır. Hesab edirik ki, özəl kliniklara o zamana qədər dəstək almalıdırlar ki, pasientləri qəbul edə bilirlər xidmtə də gsötərə bilirlər. Ona görə də təbii ki, biz buna dəstək olacayıq.” – deyə Zaur Əliyev bildirib.
Agentliyin sədrinin sözlərinə görə, xəstəxanalara ayrılacaq vəsaitin icmal büdcənin bir hissəsi olması ehtimal edilir. Büdcə barədə məsələlər parlamentdə öz təsdiqini tapandan sonra icmal büdcə fond şəklində formalaşacaq və xəstəxanalara ödənişlər veriləcək. Daha sonra isə xərclərin aid qaydada auditi aparılacaq.
Özəl kliniklar İcbari Sığortaya qoşula biləcək?
14:30
12 İyul 2019