2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığortaçılar 3 milyon 522.02 min sığorta müqaviləsi bağlayıblar ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 28,8% çoxdur.
FED.az xəbər verir ki, sığorta müqavilələrinin böyük hissəsi könüllü sığorta növləri üzrə bağlanıb, ümumi portfelin 54,7%-i və ya 1 milyon 926,177 min müqavilə bu sığorta növlərinin payına düşüb. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 37,7% təşkil edib.
Həyat sığortası üzrə 965,343 min (artım 6,5%), qeyri-həyat sığortası üzrə 960,834 min (artım 2 dəfə), əmlak sığortası üzrə 513,273 min müqavilə (artım 2.2 dəfə) bağlanıb.
Hesabat dövründə icbari sığorta növləri üzrə bağlanmış müqavilələrin sayı 19,4% - 1 milyon 595,843 minədək artıb. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 1 milyon 296,81 min müqavilə (artım 14,4%) bağlanıb.
9 ay ərzində sığortaçılar və təkrarsığortaçıların ümumi sığorta haqları 972 milyon 633,3 min manat (+28,5%), könüllü sığorta növləri üzrə 715 milyon 611,5 min manat (+24,6%), icbari sığorta növləri üzrə 257 milyon 21,8 min manat (+40,8%) təşkil edib.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində sığorta hadisələri üzrə ödənişlər 427 milyon 863,6 min manat (+32%), könüllü sığorta növləri üzrə ödənişlər 345 milyon 251,1 min manat (+36,9%), icbari sığorta növləri üzrə ödənişlər 82 milyon 612,5 min manat (+114,8%) təşkil edib. (İnterfaks-Azərbaycan)