Azərbaycanda aktivləri ən çox artan sığorta şirkətlərinin adları məlum olub.
FED.az xəbər verir ki. "Meqa Həyat" Sığorta Şirkətinin aktivləri 2 dəfə, başqa sözlə 24,6 milyon manatdan çox artıb.
"Qala Sığorta" 24,3% və ya 17 milyon manat artımla 2-ci olub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin aktivlərində 23,7%, başqa sözlə 24,2 milyon manat, "Atəşgah" Sığorta şirkətinin özündə isə 22,4% (10,4 milyon) manat artım baş verib.
Məbləğ ifadəsində ən yüksək artım 112,4 milyon manat (15,9%) olmaqla "Paşa Həyat Sığorta" Şirkətində baş verib.