Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 54 milyon 871 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 milyon 774 min manat və ya 30,3% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 42 milyon 98 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 20 milyon 433 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3 milyon 678 min manat və ya 22% çoxdur.
Ötən ilin eyni dövründə 16 milyon 755 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 37,2% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2,6% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 39,8% təşkil edib.