2020-ci ilin iyul ayı üzrə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri ümumilikdə 66 milyon 524 min manat sığorta haqqı yığıb.
Eləcə də bax: Sığorta yığımlarına görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (İYUL 2020)
FED.az xəbər verir ki, ən çox sığorta yığımı edən şirkətlər “Paşa Həyat” (24,7 milyon manat), “Paşa Sığorta” (9,7 milyon manat), “Meqa Sığorta” (7,2 milyon manat) və “İpək Yolu Sığorta” (6,3 milyon manat) olub.
Eləcə də bax: Sığorta yığımlarına görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUL 2020)
“AXA MBASK” sığorta şirkəti isə iyul ayında sığorta yığımı etməyib.
Bundan başqa, iyul ayında 7 sığorta şirkəti 1-4 milyon manat, 4 sığorta şirkəti 0,5-1 milyon manat, 4 sığorta şirkəti isə 100-500 min manat məbləğinə sığorta haqqı yığa bilib.