Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncama əsasən, Ordubad rayonunda icbari tibbi sığorta tətbiq ediləcək.
Eləcə də bax:İcbari tibbi sığorta haqqı – 1 APRELDƏN YIĞILACAQ - RƏSMİ AÇIQLAMA
Sərəncamla Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin Nizamnaməsini təsdiq edərək 2019-cu il dekabrın 1-dən fəaliyyətini təmin etməlidir. Həmçinin icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Ordubad Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşları 2019-cu il dekabrın 1-dən 50 faiz artırılacaq.